Peşəkar xidmətlərimizdən yararlanın.Azərbaycanın istənilən bölgəsinə ödənişli çatdırma.
Hollywood Rent a Car
TƏHLÜKƏSİZLİK VƏ QAYDALAR

Şərtlər və Qaydalar

Avtomobil icarəsi xidmətlərimizdən istifadə edərkən tətbiq olunan əsas qaydalar və hüquqi şərtlər.

ƏRTLƏR VƏ QAYDALAR (TERMS & CONDITIONS)

"Hollywood Rent a Car" (bundan sonra "Şirkət") tərəfindən təqdim edilən avtomobil icarəsi xidmətlərindən istifadə edən hər bir şəxs (bundan sonra "Müştəri") aşağıdakı şərtləri tam şəkildə qəbul etmiş hesab olunur.

1. SÜRÜCÜLÜK VƏSİQƏSİ VƏ YAŞ HƏDDİ

  • Minimum Yaş Həddi: Avtomobil icarəsi üçün minimum yaş həddi 18 yaş olaraq müəyyən edilmişdir. 18 yaşından etibarən hər bir şəxs xidmətlərimizdən yararlana bilər.
  • Sürücülük Təcrübəsi: 18-21 yaş arası sürücülər üçün aktiv sürücülük vəsiqəsinin olması mütləqdir.
  • Gənc Sürücü Siyasəti: Şirkətin daxili təhlükəsizlik və sığorta qaydalarına əsasən, 18-21 yaş arası müştərilərə avtomobillərin kateqoriyası üzrə məhdudiyyətlər tətbiq oluna bilər (məsələn, hiper-idman və yüksək mühərrikli xüsusi lüks avtomobillər istisna olmaqla, digər premium və biznes sinif modellər rəsmiləşdirilir).

2. İCARƏ MÜDDƏTİ VƏ GECİKMƏLƏR

  • Minimum Müddət: Avtomobillərin minimum icarə müddəti 24 saatdır (1 gün).
  • Gecikmələr: Avtomobilin geri qaytarılmasında 2 saata qədər olan gecikmələr nəzərə alına bilər. 2 saatı ötən gecikmələr zamanı əlavə 1 günlük icarə haqqı hesablanır.

3. ÖDƏNİŞ VƏ DEPOZİT SİYASƏTİ

  • Ödəniş: İcarə haqqı avtomobil müştəriyə təhvil verilən zaman tam şəkildə (nağd, bank kartı və ya köçürmə yolu ilə) ödənilməlidir.
  • Məqsədli Depozit: İcarə müddətində yarana biləcək yol hərəkəti qaydaları (YHQ) cərimələri (radarlar), parkinq haqları və ya avtomobilə dəyən xırda ziyanların qarşılanması məqsədilə müştəridən depozit (girov) alınır.
  • Geri Qaytarılma: Avtomobil nöqsansız təhvil verildikdən sonra, sistemdə radarların və cərimələrin tam yoxlanılması məqsədilə depozit məbləği 10–14 iş günü ərzində müştəriyə geri qaytarılır.

4. SIĞORTA VƏ MƏSULİYYƏT

Sığorta Təminatı: Bütün avtomobillər İcbari və KASKO sığorta paketləri ilə təmin olunmuşdur.

Sığortanın Keçərsiz Olduğu Hallar:

  • Avtomobilin spirtli içki, narkotik və ya psixotrop maddələrin təsiri altında idarə olunması.
  • Yol nəqliyyat hadisəsi (YNH) zamanı hadisə yerindən qaçmaq və ya Dövlət Yol Polisinə (DYP) məlumat verməmək.
  • Avtomobilin idarə edilməsinin müqavilədə adı qeyd olunmayan üçüncü şəxsə verilməsi.
  • Sürət həddinin kobud şəkildə aşılması, avtomobillə dreq/drift edilməsi və ya off-road (yolsuzluq) şəraitində avtomobilə qəsdən zərər vurulması.

5. İSTİFADƏ QAYDALARI VƏ MƏHDUDİYYƏTLƏR

  • Yanacaq və Təmizlik: Avtomobil hansı yanacaq səviyyəsi və təmizlikdə təhvil verilibsə, eyni şəkildə də geri qaytarılmalıdır.
  • Siqaret Qadağası: Hollywood Rent a Car parkına daxil olan avtomobillərin salonunda siqaret, qəlyan və digər tütün məhsullarının çəkilməsi qətiyyən qadağandır. Qayda pozulduğu təqdirdə salonun kimyəvi təmizlənməsi üçün cərimə tətbiq olunur.

6. CƏRİMƏLƏR VƏ HÜQUQİ ÖHDƏLİKLƏR

İcarə müddəti ərzində baş vermiş bütün YHQ pozuntuları (MMX radarlar, smart parkinq cərimələri və s.) tamamilə müştərininin məsuliyyətindədir və onun tərəfindən ödənilməlidir.